Sosial şəbəkələrdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisindəki zibillikdə aşkarlanan “Chevrolet Cobalt” avtomobillə bağlı yayılan məlumatları polis əməkdaşları araşdırıblar.
Lent.az-ın xəbərinə görə, araşdırmalarla nəqliyyat vasitəsinin sahibi müəyyən edilib.
Məlum olub ki, həmin avtomobil xuliqanlıq zəminində baş vermiş hadisədən sonra ərazidə saxlanılaraq tərk edilib.
Hazırda Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.