Səbail rayonunda xuliqanlıq niyyəti ilə bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə vaxtilə daxili işlər orqanlarında serjant işləmiş 1995-ci il təvəllüdlü Asim Abdullazadəyə 2000-ci il təvəllüdlü Ələddin Əhmədli tərəfindən bıçaq zərbələri vurulub. Yaralının vəziyyəti ağır kimi qitmətləndirlir.
Əməldə şübhəli bilinən Ə.Əhmədli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Hadisə avtomobillə tərəflərin bir-birinə yol vermədiyi üçün şəxsi münasibətlər zəminində baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.