Bakıda yol ayrıcında qəza – 2 YARALI  -FOTO
16 dekabr 2022 04:08 (UTC +04:00)

Bakıda yol ayrıcında qəza – 2 YARALI -FOTO

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub və iki nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Səməd Vurğun və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Volkswagen” markalı avtomobilin sürücüsü  Səməd Vurğun küçəsində yüksək sürətlə hərəkətdə olan zaman kəsişmədə olan “Toyota” markalı maşına çırpılıb. Bu zaman idarəetmədən çəxan “Toyota” kiçik köşkə və yol nişanlarına dəyərək dayanıb. 

Qəza zamanı hər iki avtomobilin sürücüləri xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə şahidi İlkin Səfərov APA-nın hadisə yerində olan müxbirinə bildirib ki, “Volkswagen” markalı nəqliyyat vasitəsini idarə edən sürücü işıqforun qırmızı işığından keçib. Qəza məhz buna görə baş verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644
avatar

Oxşar yazılar