Bakıda yeraltı keçiddə eskalator QIRILDI : Xəsarət alanlar var
05 dekabr 2025 00:39 (UTC +04:00)

Bakıda yeraltı keçiddə eskalator QIRILDI: Xəsarət alanlar var

0

Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb.

Lent.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə şəxs xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 18 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Müşfiq küçəsi, İncəsənət Gimnaziyası yaxınlığından təcili çağırış daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) Kliniki Tibbi Mərkəzə təxliyə olunub", - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar