Bakıda yeniyetmə qız itkin düşüb.
Lent.az xəbər verir ki, Sabunçu rayonunda yaşayan 14 yaşlı Qazzayeva Nərmin Cavanşir qızı dekabrın 5-i günorta saatlarında evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası G. Babayeva rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə müraciətində bildirib.
Faktla bağlı həmin şöbədə araşdırma aparılır.