Bakıda yeniyetmə oğlan intihar edib.
Lent.az-ın məlumatına görə, hadisə aprelin 12-də paytaxtın Mehdi Abbasov küçəsində baş verib. 2006-cı il təvəllüdlü Əsədoğlu Muradxan İslam oğlu özünü 14-cü mərtəbədən atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
İlkin məlumata görə, intihar hadisəsi yeniyetmənin bibisinin evində olub. Onun intihardan öncə məktub yazdığı və orada ailə problemlərini qeyd etdiyi bildirilir.
Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.