Bakıda Yeni il çilçırağının naqilini işıqfora qoşdular
25 dekabr 2024 10:42 (UTC +04:00)

Bakıda Yeni il çilçırağının naqilini işıqfora qoşdular

Paytaxtda bəzi hallarda ayrı-ayrı şəxs və ya şəxslər tərəfindən işıqforların elektrik xəttinə qanunsuz müdaxilə hallarına rast gəlinir.

Bu barədə Lent.az-a Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, növbəti belə bir hal Suraxanı rayonu, İlqar Məmmədov küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində Yenil il işıq çilçırağının naqilinin açıq formada işıqforun elektrik xəttinə quraşdırılması ilə bağlı olub. Təbii ki, qısa müddət ərzində Mərkəzin əməkdaşları tərəfindən bu cür qanunsuz hərəkətin qarşısı alınaraq, təhlükəsizlik təmin olunur.

DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi belə şəxslərə müraciət edərək bildirir ki, işıqforların elektrik xəttinə hər hansısa bir avadanlığın quraşdırılması, xüsusilə də yağışlı havalarda qısaqapanmalara səbəb olur və nəticədə də nizamlayıcının kabel-kommunikasiya xətləri, idarəetmə qurğusu sıradan çıxır. Belə olduğu təqdirdə yol hərəkəti iştirakçılarının yoldan təhlükəsiz istifadə etməsində problemlər yaranır.

Xatırlatmaq istərdik ki, işıqforlara kənar avadanlıqların quraşdırılması və qoşulması qadağandır və bu məsuliyyət yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128
avatar

Oxşar yazılar