Bakıda beşmərtəbəli binada yanğın olub.
FHN-dən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 25 m² olan mənzildə ev əşyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin və hamam otağının lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.