Fevralın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılması və bitişik evlərə keçməsinin qarşısı alınıb.
Yanğın yerinin kəşfiyyatı zamanı yataq xəstəsi olduğu ehtimal edilən bir nəfərin meyiti aşkar olunub.
Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
16:36
Bakıda yaşayış evində baş verən yanğında yanaraq ölən qadının şəxsiyyəti müəyyənləşib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zamanı evdə olan yataq xəstəsi, 1943-cü il təvəllüdlü Sədirxanova Rahilə Səlim qızı yanaraq ölüb.
Araşdırma aparılır.
***
16:05
Bakıda bu dəqiələrdə ev yanır.
Fövqəladə Hallar Nazirliyin Lent.az-a verilən məlumata görə, Xətai rayonu, Balaxan Süleymanov küçəsi ünvanında fərdi evdə yanğın olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.
İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkarlanıb.
Əlavə məlumat veriləcək.