Bakıda yanaşı tikilən evlər yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda bir-birinə bitişik tikilən ümumi sahəsi 70 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 40 m² olan talvar və altına yığılan 5 ədəd soyuducu, ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 2 m² sahədə və ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Evlərin qalan hissələri yanğından mühafizə olunub.
Yanğın söndürülüb.