Prokurorluq Bakıda yanaraq ölən şəxslərlə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi nəticəsində almış olduqları xəsarətlərdən xəstəxanada ölmələri faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
***
17 oktyabr saat 18:54
Bakıda üzərinə qaynar su tökülən kişi xəstəxanada ölüb.
Lent.az xəbər verir ki, hadisə sentyabrın 16-da Sabunçu rayonu. Zabrat qəsəbəsindəki müəssisələrin birində baş verib.
40 yaşlı Şirinov Fəqan Tapdıq oğlu üzərinə qaynar su tökülməsi nəticəsində bədən xəsarətləri alaraq Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, o, oktyabrın 15-də orada ölüb.