Prokurorluq Bakıda yanaraq ölən şəxslə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində, 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi və sonuncunun almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
***
25 sentyabr, saat 18:32
Bakıda faciəli hadisə baş verib.
Lent.az-ın məluatına görə, üzərinə qaynar su tökülən Həsənov Nahid Mehman oğlu ağır vəziyyətdə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, Mahir Həsənov iş yerində yanıb.
Faktla bağlı araşdırma aparılır.