Bakıda yanacaqdoldurma məntəqəsində QARƏT
12 dekabr 2023 10:06 (UTC +04:00)

Bakıda yanacaqdoldurma məntəqəsində QARƏT

Bakıda yanacaqdoldurma məntəqəsində soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə dekabrın 7-də saat 5 radələrində Sabunçu qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birində baş verib. Operatorun 200 manat pulunun soyğunçuluq yolu ilə talanması barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vaxt “Toyota” markalı avtomobillə yanacaqdoldurma məntəqəsinə gələrək soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov, Masallı rayon sakinləri N.Novruzov və əvvəllər məhkum olunmuş A.Nuriyev saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3690
avatar

Oxşar yazılar