Bakıda xadimə müdirin  barmağını sındırdı - Film kimi OLAY
10 oktyabr 2025 13:14 (UTC +04:00)

Bakıda xadimə müdirin barmağını sındırdı - Film kimi OLAY

0

Bakıda “Oba” marketin filial müdirinə xəsarət yetirilib.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsində qeydə alınıb.

Həmin küçədə aptekdə xadimə işləyən 48 yaşlı Mahirə Süleymanova (ad və soyad şərtidir) zibil tullantıları üstündə qonşuluqda yerləşən “Oba” marketin müdiri ilə dalaşıb. Dava zamanı Mahirə market müdirinin əlini buraraq, barmağını sındırıb. Bu əməlinə görə, onun Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərərvurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı deyib ki, xadimə kimi çalışdığı aptekin içərisini və çöl tərəfini daim təmiz saxlayıb:

“Lakin Oba marketin işçiləri öz obyektlərinin qarşısına zibil tullantıları yığırdı. Buna görə də müdirim məni dəfələrlə danlayıb. Bir dəfə də səhər gəlib gördüm ki, işçilər marketin qabağını yenə zibillə doldurublar. Onlara irad bildirəndə aramızda mübahisə yarandı. Marketin müdiri məni görüb tez içəri girdi və qapını bağlayıb arxasında dayandı. Sonra isə qapını açdı, məni vurub itələdi. Bu zaman öz əlinə xəsarət yetirdi”.

Mahirə Süleymanova ittiham üzrə özünü təqsirli bilməyib.

Zərərçəkən şəxs isə ifadəsində bildirib ki, mübahisə zamanı Mahirə ona xəsarət yetirib. Lakin o, yenə də təqsirləndirilən şəxslə barışıb və şikayəti olmadığı haqda məhkəməyə ərizə təqdim edib.

Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən iclasda Mahirə Süleymanova barəsində 1 il 1 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1008

Oxşar yazılar