Bakıda avtomobil velosipedçini vuraraq öldürüb.
Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. 58 yaşlı İsmayılov Azər İslam oğlu idarə etdiyi “Ford Transit” markalı avtomobil ilə yolu keçən velosipedçi, 44 yaşlı Əbilov Daməd Mirələm oğlunu vuraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanıb.