Bakıda mənzil qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 30-da Binəqədi rayonu ərazisindəki evlərin birindən 5300 manat pul, 8000 manat dəyərində geyim və qızıl-zinət əşyaları oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şərur rayon sakini Ş.Abbasova saxlanılıb.
Həmçinin Sumqayıt şəhərində evlərin birindən 700 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlu qda şübhəli bilinən Qubadlı rayon sakini K.Əliyeva saxlanılıb.