Bakıda və Gəncədə 15 yaşlı qızlar itkin düşüb.
Lent.az xəbər verir ki, Binəqədi rayonu eyniadlı qəsəbədə yaşayan N. Məmmədova və Gəncə şəhər sakini A. Bədəlova yaşadıqları evdən çıxaraq, bir daha geri qayıtmayıblar.
Bu barədə onların valideynləri polisə müraciətlərində bildiriblər.
Müraciətlərlə əlaqədar aidiyyatı üzrə polis orqanlarında araşdırma aparılır.