Bakıda uşaq bağçasının anbarı   əşyalarla birgə yandı
27 iyun 2023 17:31 (UTC +04:00)

Bakıda uşaq bağçasının anbarı əşyalarla birgə yandı

Bakının Nəsimi rayonunda uşaq bağçasının ərazisində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, uşaq bağçasının ərazisində ümumi sahəsi 40 m² olan tikilinin (anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində istifadəyə yararsız əşyalar yanıb. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2874
avatar

Oxşar yazılar