Yasamalda meyiti tapılan ər-arvadla bağlı bəz təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Alatava adlanan ərazidə Türkiyə vətəndaşı 1950-ci il təvəllüdlü Mehmet Ulaş və Azərbaycan vətəndaşı olan həyat yoldaşı 1970-ci il təvəllüdlü Aidə Ulaşdan yaxınları bir neçə həftədir xəbər ala bilməyiblər.
Bununla bağlı ailənin yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib .
Onların yaşadığı evin qapısı qırılaraq içəri daxil olunub. Məlum olub ki, ər-arvad dəm qazından boğulublar. Meyitlər evdən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.
Meyitlər üzərində aparılan müayinə zamanı hər hansı bir xəsarət aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
Saat 21:00
Bakı şəhərinin Yasamal rayonunda iki nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
***
Saat 19:33
Bakıda evdən ər-arvadın meyiti meyiti tapılıb.
Lent az xəbər verir ki, hadisə Yasamal rayonu, Alatava adlanan ərazidə yerləşən evdə qeydə alınıb.
Hələlik adları açıqlanmayan ər-arvadın mənzildə meyiti tapılıb.
Onların hansı səbəbdən ölməsi araşdırılır.