Bakıda toyda ŞOK: Əri  "boşanacağam" deyən arvadını   qanına qəltan etdi
10 may 2023 00:45 (UTC +04:00)

Bakıda toyda ŞOK: Əri "boşanacağam" deyən arvadını qanına qəltan etdi

0

Bakının Xətai rayonundakı toy mərasimində ailə-məişət zəminində dava düşüb.

Lent.az xəbər verir ki, hadisə "Təbrik" restoranında qeydə alınıb.

Şadlıq sarayında toy məclisi zamanı 36 yaşlı Vüsalə Abbasova həyat yoldaşına boşanacağını söyləyib.

Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub.

Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Fakt üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3686

Oxşar yazılar