Bakının Nərimanov rayonunda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Elit ticarət mərkəzinin qarşısında qeydə alınıb.
“Seat” markalı avtomobil işıqforun yaşıl işığından keçərkən 1986-cı il təvəllüdlü Ağaquliyev Fuad Hüseyn oğlu idarə etdiyi mopedlə ona çırpılıb.
Qəza nəticəsində mopedin sürücüsü F.Ağaquliyev və sərnişini 1979-cu il təvəllüdlü Həsənova Samirə Qınyaz qızı ağır bədən xəsarətləri alıb.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, mopedin sürücüsü işıqforun qırmızı işığından keçib.