Bakıda telefon oğrusu kameralara düşdü - VİDEO
01 aprel 2026 15:42 (UTC +04:00)

Bakıda telefon oğrusu kameralara düşdü - VİDEO

0

Martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

Lent.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 12 000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb. 

Faktla bağlı Xətai RPİ-də araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar