Bakıda sürücü və sərnişin hadisə yerindən qaçdılar
04 fevral 2022 04:51 (UTC +04:00)

Bakıda sürücü və sərnişin hadisə yerindən qaçdılar

0

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ənvər Qasımzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Prospektlə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan Xalid Əsədova məxsus “Mercedes”-ə çırpılıb. Toqquşma zamanı “Hyundai” aşıb. “Mercedes”-in sərnişini Zakir Əsədovun APA-ya verdiyi məlumata görə, “Hyundai” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında keçib. Avtomobil aşdıqdan sonra isə “Hyundai”-da olan sürücü və sərnişin hadisə yerindən uzaqlaşıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisənin səbəbləri araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1847

Oxşar yazılar