Bakıda yanacaqdoldurma məntəqəsinə saxta əskinas verilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 11-də saat 22.57-də Sabunçu rayonu Balaxanı qəsəbəsinin ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birindən həyəcan siqnalı daxil olub.
Yoxlama zamanı Kürdəmir rayon sakini Ş.Abdullayevin operatora 1 ədəd 100 manatlıq saxta əsginas verməsi müəyyən edilib və o, Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə təhvil verilib.