Bakıda su kanalında KİŞİ MEYİTİ TAPILDI
10 mart 2022 19:03 (UTC +04:00)

Bakıda su kanalında KİŞİ MEYİTİ TAPILDI

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda, su kanalında aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. 

FHN-dən Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. 

Görülən tədbirlər nəticəsində 1969-cu il təvəllüdlü Mehdiyev Məhəmməd Nəriman oğlunun meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1819

Oxşar yazılar