Bakıda  ŞOK OLAY:  turşu bağlayan gənc qız faciəli   şəkildə öldü
23 sentyabr 2023 17:00 (UTC +04:00)

Bakıda ŞOK OLAY: turşu bağlayan gənc qız faciəli şəkildə öldü

Bakıda gənc qız zəhərlənərək ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. 20 yaşlı Həmidova Aynur İktam qızı sentyabrın 19-da zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, o, sentyabrın 22-də orada ölüb.

Əldə etdiyimiz məlumata görə, gənc qız tərəvəz turşusu bağlayarkən səhvən sirkə turşusu içib. Onun bu səbəblə zəhərələnərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün də banka bağlayan qadının səhvən sirkə turşusu içərək öldüyü barədə xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6054
avatar

Mehman Nəbiyev

Oxşar yazılar