Bakıda soyğunçuluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 15-də Binəqədi rayonu ərazisindəki avtotəmir sexlərinin birindən soyğunçuluq yolu ilə 300 manat dəyərində avtomobil ehtiyat hissəsi götürülüb.
Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zamin Quliyev saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.