Martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub.
Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, dünən Bakıda "Şərab Evi"nə basqın edilməsi barədə xəbər vermişdik.