Bakıda saxlanılan  keçmiş məhkəmə hakimi Rusiyaya verilmədi
10 mart 2025 14:56 (UTC +04:00)

Bakıda saxlanılan keçmiş məhkəmə hakimi Rusiyaya verilmədi

Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxaleva ilə bağlı qərar verilib.

Lent.az-ın məlumatına görə, bu barədə APA-ya vəkil Şəhla Hümbətova bildirib.

Məlumata görə, onun ekstradisiyası ilə bağlı sorğu təmin edilməyib.

Yelena Xaxalevanın Rusiyaya ekstradisiya edilməsindən imtina edilib.

Qeyd edək ki, Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva yanvar ayında Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onunla bağlı Xəzər Rayon Məhkəməsində prokurorluğun təqdimatına baxılıb.

Yanvarın 24-də Xəzər Rayon Məhkəməsində Yelena Xaxalyeva barəsində 40 gün müddətində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarılıb.

Həbs qətimkan tədbiri onun ektradisiyası ilə bağlı hüquqi prosedurları həyata keçirmək məqsədi ilə seçilib.

Rusiya tərəfi bir müddət əvvəl onun barəsində dələduzluq və xidməti vəzifəsindən sui-istifadə ittihamları ilə axtarış elan edib və Rostov-na-Don məhkəməsi qiyabi həbs qərarı çıxarıb.

O, 1,2 milyon rubl ələ keçirməkdə, həmçinin iş saatlarının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb. Rusiyanın İstintaq Komitəsi Xaxalyevanın barəsində həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib, 2022-ci il mayın 17-də ona qarşı dələduzluq və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

Daha sonra Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Məhkəmənin fevralın 4-dəki qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Y.Xaxaleva barəsində Xəzər rayon prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar

Bakıda avtomobildən meyit tapıldı

Bakıda avtomobildən meyit tapıldı

10 mart 2025 , 18:25
Tofiq Yaqubluya hökm oxundu

Tofiq Yaqubluya hökm oxundu

10 mart 2025 , 18:18
Tiktoker Nurdan ev dustaqlığına  buraxıldı

Tiktoker Nurdan ev dustaqlığına buraxıldı

10 mart 2025 , 17:24
Silahlar  Ermənistandan   gəlirdi - Bako Saakyan

Silahlar Ermənistandan gəlirdi - Bako Saakyan

10 mart 2025 , 17:12
Azərbaycanda daha bir uşaq qızdırmadan öldü

Azərbaycanda daha bir uşaq qızdırmadan öldü

10 mart 2025 , 17:02
Bakıda qanunsuz ağac kəsənlərə  cinayət işi açıldı

Bakıda qanunsuz ağac kəsənlərə cinayət işi açıldı

10 mart 2025 , 16:12
Tanınmış modeli döyməkdə təqsirləndirilənə hökm oxundu

Tanınmış modeli döyməkdə təqsirləndirilənə hökm oxundu

10 mart 2025 , 15:55
Həbsxanaya  konfetlərin içində   "patı" keçirməyə cəhd olundu

Həbsxanaya konfetlərin içində "patı" keçirməyə cəhd olundu

10 mart 2025 , 14:44