Bakıda məktəblilər arasında dava olub.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisindəki məktəblərdən birində qeydə alınıb. Həmin məktəbin 11-ci sinif şagirdləri arasında düşən dava zamanı məktəblilərdən biri baş zərbəsi ilə Kənan Şabutovun burnunu sındırıb.
Hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən araşdırma aparılır.