Bakıda restoran qarət olundu
19 yanvar 2024 12:33 (UTC +04:00)

Bakıda restoran qarət olundu

Bakıda restorandan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində yerləşən restoranların birindən monitorlar və digər avadanlıqların  oğurlanması barədə 21-ci Polis Bölməsinə məlumat daxil olub.
 
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Yaşar Musayev və əvvəllər oğurluğa görə məhkum olunmuş Eldar Güləhmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4158

Oxşar yazılar