Bakıda qəza: xanım sərnişin xəsarət aldı - FOTO
12 fevral 2021 01:56 (UTC +04:00)

Bakıda qəza: xanım sərnişin xəsarət aldı - FOTO

0

Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində baş verib.

Nadir Çərkəzov idarə etdiyi “Ravon” markalı avtomobillə yüksək sürətlə “KİA” markalı nəqliyyat vasitəsinə çırpılıb. 

Qəza nəticəsində “Ravon”da olan xanım sərnişin xəsarət alıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1699

Oxşar yazılar