Bakıda qəza: “VAZ-2106” deformasiya etdi  -FOTO
07 aprel 2022 01:20 (UTC +04:00)

Bakıda qəza: “VAZ-2106” deformasiya etdi -FOTO

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin paytaxt istiqamətində olan hissəsində baş verib. 

“Opel” markalı nəqliyyat vasitəsi yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı maşına çırpılıb. Zərbənin gücündən “VAZ-2106” deformasiyaya uğrayıb. Qəza nəticəsində “Opel”in sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2010
avatar

Oxşar yazılar