BAKIDA QƏZA:  Sürücü qəfildən əyləci basdı, 4 maşın bir-birinə girdi... - FOTO
06 dekabr 2021 23:26 (UTC +04:00)

BAKIDA QƏZA: Sürücü qəfildən əyləci basdı, 4 maşın bir-birinə girdi... - FOTO

0

Bakının Səbail rayonunda yol-nəqliyyatı hadisəsi zamanı sərnişin xəsarət alıb.

APA xəbər verir ki, hadisə Üzeyr Hacıbəyov küçəsində baş verib.

“Opel” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib, bu zaman eyni istiqamətdə hərəkətdə olan “BMW”, “Hyundai” və “Mercedes” markalı avtomobillər ardıcıllıqla bir birinə çırpılıb. 

Qəza nəticəsində “Hyundai”da olan sərnişin xəsarət alıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4184

Oxşar yazılar