Bakıda qəza: sürücü qəfil  manevr etdi
18 aprel 2022 01:15 (UTC +04:00)

Bakıda qəza: sürücü qəfil manevr etdi

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ayaz İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, adıçəkilən küçədə “AzSamand” markalı avtomobilin sürücüsü qəfil manevr edərək əks yola çıxıb.

Bu zaman “Mercedes” markalı avtomobil “AzSamand”-a çırpılıb.

Qəza nəticəsində “AzSamand” markalı nəqliyyat vasitəsində olan bir nəfər xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1776
avatar

Oxşar yazılar