Bakıda qənd sexinin döşəməsi çökdü, ölən var  - YENİLƏNİB
18 sentyabr 2025 15:08 (UTC +04:00)

Bakıda qənd sexinin döşəməsi çökdü, ölən var - YENİLƏNİB

0

Prokurorluq Binəqədidə sexdə baş verən faciə ilə bağlı araşdırmaya başlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə sentyabrın 17-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində baş verib.

Burada tikişçi işləyən Güllü Qədiməliyeva müəssisə binasının 2-ci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmənin sınması səbəbindən binanın birinci mərtəbəsinə beton səthə yıxılıb. Nəticədə qadın aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

***
09:56

Bakıda qənd istehsal olunan sexdə faciəli hadisə yaşanıb. 

Lent.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.  

Binəqədi qəsəbəsinin ərazisində yerləşən qənd sexində taxta döşəmə çöküb.

Nəticədə orada xadimə işləyən, Bakı şəhər sakini 62 yaşlı Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq ölüb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1248

Oxşar yazılar