Bakıda qayda pozan sürücü
17 mart 2021 17:54 (UTC +04:00)

Bakıda qayda pozan sürücü

Bakıda "qəhrəmanlıq" edən sürücü tutuldu

Bakının Ziya Bünyadov prospektində manevr qaydasını kobud şəkildə pozaraq, kəsişmə yerində quraşdırılmış konusların üzərindən keçən sürücü saxlanılıb.

Lent.az xəbər verir ki, video sosial şəbəkədə yayılandan sonra Dövlət Yol Polisi İdarəsi sürücünün tapılması istiqamətində dərhal araşdırmaya başlayıb. Məlum olub ki, xətanı törədən İbrahim Baxşıyev adlı sürücüdür. Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsində barəsində aparılan araşdırmaların nəticəsi ilə tanış olan sürücü əməlindən peşman olduğunu bildirib. Etdiyi əmələ görə barəsində müvafiq qaydada tədbir görülür.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, sosial şəbəkədə “qardaşlar görün kim belə edə bilər, bura baxın” başlıqlı süjeti yayan sürücü və həmin nəqliyyat vasitəsi aşkarlanıb:

“Məlum olub ki, “Saipa” markalı avtomobili idarə edən Bakı şəhər sakini 36 yaşlı Baxşıyev İbrahim Məhərrəm oğlu martın 13-də Ziya Bünyadov prospekti ilə hərəkət edərkən saat 13:45-də “Çermet” körpüsünün kəşisən hissəsində bu pozuntuya yol verib. Təbii ki, sürücü etdiyi əməli səmimi etiraf edib və söz yox ki, alınmış izahatdan sonra onun barəsində qanunvericilikdə göstərilən tələblər üzrə müvafiq tədbirlər həyata keçirilib”.

Vaqif Əsədov qeyd edib ki, sürücü barəsində toplanılmış sənədlər aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilib. Bu gün keçirilən məhkəmə iclası zamanı sürücü İbrahim Baxşıyev törətdiyi əmələ görə 10 gün müddətinə inzibati qaydada həbs edilib. Onun törətdiyi əməl nəticəsində dövlət əmlakına qəsdən vurulmuş ziyanla bağlı aiddiyyəti qurum məhkəmə qarşısında ayrıca vəsatət qaldıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1947
avatar

Mehman Nəbiyev

Oxşar yazılar