Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dekabrın 3-də saat 2 radələrində Şağan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda bir nəfərin xuliqanlıq zəminində oranın gözətçisi, qəsəbə sakini N.Mikayılova bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xəstəxanaya yerləşdirilən N.Mikayılovun vəziyyəti orta-ağırdır.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.Bukidayeva müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.