Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, onlardan 18-i qadın, 7-si kişidir.
Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub.
Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub.
Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.
***
14:33
Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 müraciət daxil olub.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, onlardan 13-ü qadın, 3-ü kişidir.
Müraciətlər əsasən oynaq, çanaq, bilək, topuq, əl nahiyələrinin taravmaları ilə bağlı olub.
Xəsarət alanlardan biri uşaq, digərləri isə 42-61 yaş aralığında şəxslər olub.
Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.
***
14:24
Hava şəraiti ilə bağlı 12 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hava şəraiti ilə əlaqədar olaraq dünən axşam saatlarından etibarən nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər (11 qadın, 1 kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.
Zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.