Bakının Binə qəsəbəsində qanunsuz parklanmalara qarşı tədbirlər keçirilib.
Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Onun sözlərinə görə, tədbirlər Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə baş tutub:
"Bakı şəhər Baş Polis İdarəsi və Xəzər rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə paytaxtın Binə və Mərdəkan qəsəbələrində reydlər keçirib. Nəticədə, avtobus dayanacağını qanunsuz zəbt edən, dayanma-durma qaydalarını pozanlara qarşı müvafiq tədbirlər görülüb. Burada görülən tədbirlər avtomobillərin rahat hərəkət etməsinə yönəlmişdi. Mərdəkan qəsəbəsində isə qanunsuz parklanmalara qarşı reydlər keçirildi. Burada sözügedən qanunsuz fəaliyyətlə məşğul olan bir nəfər saxlanılaraq Xəzər rayon Polis İdarəsinə aparılıb".