Bakıda qadının 4 minlik telefonunu  götürüb qaçan TUTULDU
09 iyul 2024 16:31 (UTC +04:00)

Bakıda qadının 4 minlik telefonunu götürüb qaçan TUTULDU

Nərimanov rayonu ərazisində soyğunçuluq baş verib.

Lent.az xəbər verir ki, iyulun 8-də axşam saatlarında bir qadının mobil telefonlarını talayan şəxs hadisə yerindən qaçmağa cəhd göstərib. 

Ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs yaxalanıb. 

Saxlanılan şəxsin paytaxt sakini İ.Hümbətzadə olması və zərərçəkmişin 4000 manat dəyərində 2 ədəd mobil telefonunu soyğunçuluq yolu ilə talaması müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3066
avatar

Fidan İlqar

Oxşar yazılar