Bakıda qadını avtomobil vurdu
28 yanvar 2022 00:20 (UTC +04:00)

Bakıda qadını avtomobil vurdu

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Parlament prospektində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Əkbərova Mətanət Qurban qızı işdən çıxaraq piyada keçidi vasitəsilə yolun əks tərəfinə keçmək istəyərkən onu yüksək sürətlə hərəkətdə olan minik avtomobili vurub. 

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, M.Əkbərova hazırda cərrahi əməliyyat olunur və vəziyyəti ağırdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1649

Oxşar yazılar