Bakıda qadın və  iki qız nəvəsi   evdə bıçaqlandı
20 may 2024 11:48 (UTC +04:00)

Bakıda qadın və iki qız nəvəsi evdə bıçaqlandı

Bakıda evdə 3 qadına xəsarət yetirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 17-də Sabunçu qəsəbəsində evlərdən birində 18, 19 və 61 yaşlı 3 qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. 

Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2313
avatar

Fidan İlqar

Oxşar yazılar