Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Qobu Park" yaşayış kompleksində baş verib. Burada 9 mərtəbəli binada yaşayan 46 yaşlı Orucova Didlar Həsən qızı gecə saat 23 radələrində 5-ci mrətəbənin yataq otağından özünü atıb. Nəticədə o, aldığı xəsarətlrədən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.