Bakıda qadın mağaza və evdən oğurluq etdi
12 may 2023 12:53 (UTC +04:00)

Bakıda qadın mağaza və evdən oğurluq etdi

0

Bakıda ev və mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ayrı-ayrı vaxtlarda Sabunçu rayonu ərazisindəki bir mağazadan və bir evdən ümumilikdə 6200 manat pul, 1800 manat dəyərində geyim və məişət əşyaları oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini H.Bəkirova müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1619

Oxşar yazılar