Bakıda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib. 49 yaşlı qəsəbə sakini Əmirova Sevinc Rəhim qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq, həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.