Bakıda mənzildən külli miqdarda oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sentyabrın 14-də Səbail rayonu ərazisindəki mənzillərin birindən 11.000 manat və 4600 dollar (7800 manat) oğurlanıb.
Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.