Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Bülbülə qəsəbəsindəki evlərin birindən pul və 2170 manat dəyərində məişət əşyaları oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini Ş.Zeynalova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.