Bakıda polisə tabe olmayan sürücü HƏBS OLUNDU
19 iyul 2025 11:41 (UTC +04:00)

Bakıda polisə tabe olmayan sürücü HƏBS OLUNDU

Bəzi sosial şəbəkə səhifələrində “VAZ-2106” markalı avtomobil sürücüsünün hüquqazidd hərəkətləri ilə bağlı iddialar yayılıb.

İddialara cavab olaraq Bakı Şəhər DYP İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli Lent.az-a bildirib ki, iyunun 9-da konstruksiya dəyişikliyi etdiyi “VAZ-2106” markalı, 44-CX-895 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nəcib Mənsimov barəsində hüquqi tədbirlərin görülməsinə mane olmağa cəhd edərək öz avtomobilinin və yol patrul xidməti avtomobilinə ziyan vurub.

Tabesizlik göstərən şəxsin hüquqazidd əməllərinin qarşısı alınaraq saxlanılıb və aidiyyəti üzrə təhvil verilib. N.Mənsimov barəsində toplanılmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar