Bakıda polis yol qəzasında ÖLDÜ
17 dekabr 2021 00:01 (UTC +04:00)

Bakıda polis yol qəzasında ÖLDÜ

0

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan-Xocəsən yolunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Nuriyev Əli Rəfael oğlu idarə etdiyi “KİA” markalı avtomobillə dairədə “MAN” markalı yük avtomobilinə çırpılıb. Minik avtomobilinin sürücüsü Ə.Nuriyev hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxs Qaradağ Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının serjantıdır. Hadisə zamanı o, işdən çıxaraq evə gedirmiş.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3223

Oxşar yazılar